Bərdədə 78 yaşlı qadın intihar edib

14:06 - 13 Avqust 2018 - HADİSƏ

Bərdə rayonunda 78 yaşlı qadın intihar edib.

Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Gərənə kəndi ərazisində yerləşən məcburi köçkün şəhərciyində baş verib. Belə ki, Xocalı rayonundan olan məcburi köçkün, 1940-cı il təvəllüdlü Məmləkət Fərman qızı Ramazanova özünü yaşadığı binanın 5-ci mərtəbəsindən ataraq intihar edib.
Qadının nevroloji xəstəlikdən əziyyət çəkdiyi bildirilib.

Faktla bağlı araşdırmalara başlanılıb. 

Xəbər xətti