Bakıda oğlunun intiharına dözməyən ana özünü binadan atdı- Təfərrüatlar

12:47 - 13 Avqust 2018 - HADİSƏ

Bakıda baş vermiş intiharın təfərrüatları məlum olub.

Ucnoqta.az Oxu.az-a istinadən xəbər verir ki, 80 yaşlı Minira adlı qadının intiharına səbəb oğlunun ölümünə dözməməsi olub. Binada yaşayan sakinlərin sözlərinə görə, iyun ayında qadının 56 yaşlı oğlu Sankt-peterburqda infarkt keçirib və vəfat edib:
"Qadının bir oğlu var idi və xaricdə yaşayırdı. Üç uşağı var idi. Qadın böyük nəvəsi ilə binanın dördüncü mərtəbəsində yaşayırdı. Oğlu infakt keçirdi və rəhmətə gedəndən sonra qadın özünə qapandı və evdən çölə çıxmırdı".

80 yaşlı qadın dünən günorta saat 14:00 radələrində özünü binadan ataraq intihar edib.

Qeyd edək ki, bir qədər əvvəl intihar hadisəsini ölən oğulun atasının törətdiyi bildirilirdi.

Xəbər xətti