Biləsuvarda avtomobil piyadanı vuraraq öldürüb

11:59 - 13 Avqust 2018 - HADİSƏ

 Biləsuvar rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Xırmandalı və Əliabad kəndləri arasındakı ərazidə qeydə alınıb.

Belə ki, rayonun Əliabad kənd sakini, 1983-cü il təvəllüdlü Qabil Vilayət oğlu Qasımov "VAZ 2107" markalı avtomobil tərəfindən vurulub.

Yaralı xəstəxanaya çatdırılsada, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır. 

Xəbər xətti