Maştağada 13 yaşlı uşaq hasardan yıxılıb öldü

12:49 - 10 Avqust 2018 - HADİSƏ

Bakıda 13 yaşlı uşaq hasardan yıxılaraq ölüb.

Ucnoqta.az xəbər verir ki, Sabunçu rayon Prokurorluğundan Trend-ə verilən məlumata görə, hadisə rayonun Maştağa qəsəbəsində baş verib.

Maştağa qəsəbəsi, Axund Şeyx Hüseyn küçəsi, döngə 4, ev 316-da yaşayan, 2005-ci il təvəllüdlü Rəhimov Ayaz Həsənbala oğlu həmin küçədə yerləşən evlərdən birinin hasarından yıxılıb.

Uşaq hadisə nəticəsində daxili orqanlarının zədələnməsindən dünyasını dəyişib.

Faktla bağlı Sabunçu rayon Prokurorluğunda araşdırma aparılır.

Xəbər xətti