Zaqatala sakini kəsici alətlə özünə xəsarət yetirib
10:05 - 24 İyul 2018 - HADİSƏ
Zaqatala rayon sakini kəsici alətlə özünə xəsarət yetirib.
İyulun 23-ü axşam saat 22 radələrində Zaqatala rayonun Muxax kənd inzibati ərazisindəki sığınacaqda yaşayan rayon sakini 1983-cü il təvəllüdlü Zülfüqar Əsəbəli oğlu Məmmədov sol bilək nahiyəsinin kəsilmiş xəsarəti ilə Zaqatala Mərkəzi Rayon Xəstəxanasına (MRX) müraciət edib.
MRX-dan bildirlib ki, müayinə zamanı Z. Məmmədov kəsici alətlə özünə xəsarət yetirdiyini bildirlib. Z. Məmmədova lazımi tibbi yardım göstərilib, xəsarəti yüngül olduğundan ambulator müalicə almaq şərti ilə evə buraxılıb.
Faktla bağlı araşdırma aparılır.
Apa