Bakıda gənc oğlan ürəyindən bıçaqlanıb
10:00 - 21 İyul 2018 - HADİSƏ
Bakıda gənc oğlan ürəyindən qətlə yetirilib.
Hadisə Nəsimi rayonunda baş verib.
Ötən gün gecə saatlarında "3-cü mikrorayon dairəsi" kimi tanınan ərazidə 1990-cı il təvəllüdlü Rəşad Əliyev naməlum şəraitdə bıçaqlanıb. Yaralı ağır vəziyyətdə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, R.Əliyev ürək nahiyəsindən bıçaq xəsarəti alıb. Onun həyatını xilas etmək mümkün olmayıb.
Meyit Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin müvafiq şöbəsinə təhvil verilib.
Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində cinayət işi başlanılıb.
Report