Elektriklə balıq tutan Ağstafa sakinini cərəyan vurub
20:56 - 16 İyul 2018 - HADİSƏ
Ağstafa sakinini balıq tutarkən elektrik cərəyanı vurub.
Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Eynallı kəndində baş verib. Kənd sakini 1984-cü il təvəllüdlü Mahmudov İlkin Məhəmməd oğlu kəndin ərazisində olan su kanalında elektrik cərəyanı ilə balıq tutmaq istəyərkən cərəyan onu vurub öldürüb.
Faktla bağlı Ağstafa Rayon Prokurorluğunda araşdırma aparılır.