Cəlilabad rayonunun Məşədilər kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Ucnoqta.az xəbər verir ki, DİN-dən Trend-ə verilən məlumata görə, iyulun 15-də saat 17 radələrində Cəlilabad rayonunun Məşədilər kəndi ərazisində kənd sakini Məhəmməd Nuriyev idarə etdiyi “QAZel” markalı avtomobili dərəyə aşırıb.
Nəticədə xəstəxanaya yerləşdirilmiş sürücü orada ölüb.