Pirallahı qəsəbəsi ərazisində iyulun 15-də sahibsiz itlərə silahdan atəş açan şəxs Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Ucnoqta.az xəbər verir ki, DİN-in Mətbuat xidmətindən verilən xəbərə görə, araşdırmalarla onun qəsəbə sakini Qismət İmanov olduğu müəyyən edilib. Ondan müvafiq sənədləri olmayan ov tüfəngi və 1 ədəd patron aşkar edilərək götürülüb.
Faktla bağlı Pirallahı Rayon Polis Şöbəsində araşdırma aparılır.