Nizami rayonunda mənzildən meyit tapılıb.
Ucnoqta.az xəbər verir ki, FHN-dən verilən məlumata görə, 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1957-ci il təvəllüdlü İsgəndərova Raziyə Xanmirzə qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.
Əməliyyat başa çatıb.