Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Gəncə şəhəri ərazisində ictimai nəqliyyatda cibgirliklə məşğul olan şəxs saxlanılıb.
Ucnoqta.az xəbər verir ki. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Nizami (Gəncə) Rayon Polis İdarəsinə müraciət edən T.İbrahimov şəhər ərazisindəki xətt avtobuslarının birində cibindən 315 manat pulunun oğurlandığını bildirib.
Əməliyyat-axtarış tədbirləri nəticəsində ictimai nəqliyyatda oğurluq etməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.
Araşdırmalarla onun Gəncə şəhər sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş Elbrus Manafov olduğu müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.