Kürdəmir rayonunda intihar hadisəsi baş verib.
Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Xırdapay kəndi ərazisində qeydə alınıb. Belə ki, həmin kəndin sakini, 1979-cu il təvəllüdlü Samir Xalid oğlu İsmayılov yaşadığı evin həyətyanı sahəsində özünü iplə asaraq öldürüb.
Faktla bağlı Kürdəmir Rayon Prokurorluğunda araşdırma aparılır.