Gəncədə istintaq təcridxanasında intihara cəhd olub

14:36 - 27 İyun 2018 - HADİSƏ

Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Gəncədə yerləşən 2 saylı İstintaq Təcridxanasında intihara cəhd olunub.

Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, orada saxlanılan 1983-cü il təvəllüdlü İsmayılov Anar Tahir oğlu özünü asıb. A.İsmayılovun intihar cəhdindən xəbər tutanlar onu xilas edərək xəstəxanaya çatdırıblar.
Onun vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti