Neftçilər prospektində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Ucnoqta.az xəbər verir ki, DİN-dən verilən məlumata görə, iyunun 25-də saat 18 radələrində Səbail rayonunun Neftçilər prospektində Bakı şəhər sakini Emil Əzizov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən paytaxt sakini Sevda Salamovanı vurub və nəticədə piyada hadisə yerində ölüb.
Səbail RPİ tərəfindən araşdırma aparılır.