Azərbaycanlı şərhçidən Maradonaya: “Ayıb olsun” + Video

10:10 - 27 İyun 2018 -

Dünən Argentina millisi Nigeriyanı 2:1 hesabı ilə məğlub edərək 1/8 finala adlayıb.

Ucnoqta.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, gecənin ən çox müzakirə olunan şəxslərindən biri də əfsanəvi futbolçu Dieqo Armando Maradona olub. O,  tez-tez jest və rəqsləri ilə kameralara tuş gəlib. Dünya ulduzunun Argentinanın son dəqiqələrdə vurduğu ikinci qola sevinci də emosional olub. Belə ki, o, qələbəni “orta barmaq” göstərərək qeyd edib. 

 

Maraqlıdır ki, Maradonanın bu hərəkəti İTV-nin şərhçisi Gündüz Abbaszadənin də diqqətini çəkib. Onlar "ayıb olsun" deyərək futbolçunu tənqid ediblər.

Xəbər xətti