Bakıda tikintidə işləyən fəhlə 12-ci mərtəbədən yıxılaraq ölüb

09:48 - 27 İyun 2018 - HADİSƏ

Bakıda tikinti zamanı ölüm hadisəsi baş verib.

Hadisə Səbail rayonunda qeydə alınıb. Belə ki, gecə saatlarında "20-ci Sahə" adlanan ərazidə yerləşən yaşayış kompleksinin tikintisi zamanı fəhlə, 1985-ci il təvəllüdlü Həsənov Fuad Oqtay oğlu ehtiyatsızlıqdan 12-ci mərtəbədən yıxılıb. O, hadisə yerindəcə ölüb.
Hadisə yerinə Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsi və Səbail Rayon Prokurorluğunun əməkdaşları cəlb edilib.

Faktla bağlı cinayət işi başlanılıb.report

Xəbər xətti