Salyan rayonunda “KaMAZ” ana və 4 yaşlı uşağının üstündən keçib.
Ucnoqta.az “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Boranıkənd kəndində qeydə alınıb. Belə ki, kənd sakini, 1997-ci il təvəllüdlü Ərmulla Nurulla oğlu Aslanov idarə etdiyi “KaMAZ” markalı yuk maşını ilə hərəkətdə olarkən kənd sakini, 2014-cü il təvəllüdlü Məmmədov Əli Sahil oğlunun üstündən keçərək öldürüb, uşağın anası Günel Hurulla qızı Məmmədova isə xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.