Lənkəran rayonunda uşaq zəhərlənib.
Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, rayonun Veravul kənd sakini, 2015-ci il təvəllüdlü Ayxan Tural oğlu Səmədli təcili yardım maşını ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına gətirilib.
Vəziyyəti ağır olduğundan xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.
A. Səmədlinin dərmandan zəhərləndiyi bildirilir.