Şirvanda 40 yaşlı kişi mehmanxananın qarşısında öldürüldü
13:08 - 23 İyun 2018 - HADİSƏ
Şirvan şəhərində qətl hadisəsi baş verib.
Hadisə rayon ərazisindəki "Təbəssüm" mehmanxanasının qarşısında baş verib. Şirvan şəhər sakini, 1994-cü il təvəllüdlü İbadov Əziz Loğman oğlu həmin ərazidə şəhər sakini, 1978-ci il təvəllüdlü Abbasov Abas Qulamhüseyn oğlu ilə şəxsi münasibətlər zəminində mübahisə edib.
Mübahisə zamanı Ə.İbadov bıçaqla A.Abasovu bıçaqlayaraq qətlə yetirib.
Faktla bağlı Şirvan şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb və hadisəni törətməkdə şübhəli bilinən Ə.İbadov tutulub.