Mingəçevirdə 2 yaşlı körpə üçüncü mərtəbədən yıxılıb
12:43 - 23 İyun 2018 - HADİSƏ
Mingəçevirdə üçüncü mərtəbədən yıxılan körpə ağır xəsarət alıb.
Ucnoqta.az ”Report”a istinadən xəbər verir ki, hadisə Puşkin küçəsi 12/2 ünvanında baş verib.
Belə ki, həmin binanın 21 saylı mənzilində yaşayan iki yaşlı körpə İbişov İlqar Rəşid oğlu nəzarətsiz qalaraq üçüncü mərtəbədən yıxılaraq ağır xəsarət alıb.
Yaralı xəstəxanaya çatdırılıb, vəziyyətinin ağır olduğu bildirilir.