Gəncə şəhərində 11 yaşlı qızı avtomobil vurub.
Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, hadisə şəhərdəki 39 saylı məktəbin qarşısında baş verib. 2007-ci il təvəllüdlü Vəliyeva Aytən Vəli qızı yolu keçmək istəyən zaman "İnfinite" markalı avtomobil onu vurub. Yaralı xəstəxanaya yerləşdirilib. Həkimlər onun vəziyyətini ağır kimi qiymətləndirirlər.
Faktla bağlı araşdırma aparılır.