Kürdə 16 yaşlı gənc batıb
09:32 - 19 İyun 2018 - HADİSƏ
Kür çayında 16 yaşlı gənc batıb.
Ucnoqta.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, iyunun 18-də Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Kür çayının Yevlax şəhəri ərazisindən keçən hissəsində 2002-ci il təvəllüdlü Əlili Ceyhun Eldar oğlunun batması barədə məlumat daxil olub.
Bu gün səhər saatlarından etibarən FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub. Əlavə məlumat veriləcək.