Gəncə sakini intihara cəhd edib
09:57 - 10 İyun 2018 - HADİSƏ
Gəncə şəhər sakini intihara cəhd edib.
Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, 1974-cü il təvəllüdlü Gəncə şəhər sakini Vəliyev Cavanşır Həmid oğlu yaşadığı evdə qəbul etdiyi müxtəlif dərmanlardan zəhərlənib.
O, yaxınları tərəfindən xəstəxanaya yerləşdirilib. Vəziyyətinin ağır olduğu bildirilir.
Qohumlarının bildirdiyinə görə, psixoloji problemləri olan C.Vəliyev özünü zəhərləyərək öldürmək istəyib.
Faktla bağlı araşdırma aparılır.