Zaqatalada piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.
Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında Zaqatala şəhəri H.Əliyev prospektində baş verib. Zaqatala rayon sakini Murad Mustafayev idarə etdiyi VAZ- 2106 markalı 10-DX-446 dövlət nömrə nişanlı minik avtomobillə hərəkətdə olarkən yolu keçmək istəyən piyada, Car kənd sakini 1978-ci il təvəllüdlü Həvva Əhməd qızı Kusayevanı vurub.
Qəzadan sonra Həvva Kusayeva açıq kəllə beyin travması, sağ ayağın baldır sümüyünün sınığı diaqnozu və travmatik şok vəziyyətdə Zaqatala Mərkəzi rayon xəstəxanasının reanimisiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı Zaqatala rayon polis Şöbəsində araşdırma aparılır.