Abşeronda gənc oğlan özünü körpüdən atıb
09:37 - 7 İyun 2018 - HADİSƏ
Abşeronda gənc oğlan intihara cəhd edib.
Hadisə Bakı-Sumqayıt şosesində baş verib.
2001-ci il təvəllüdlü Bəxtiyarlı Şahlar Özbəy oğlu özünü Xırdalan şəhəri ərazisində yerləşən körpüdən yerə atıb.
Yaralı ağır vəziyyətdə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Fakt hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.
Report