Bakıda gənc oğlan bıçaqlanıb

07:29 - 7 İyun 2018 - HADİSƏ

Xəzər rayonunda əlbəyaxa dava zamanı bir nəfər bıçaq xəsarətləri alıb. Hadisə Binə qəsəbəsində baş verib. 1996-cı il təvəllüdlü Zülfüqarov Səfər Yusif oğlu yaşadığı evin yaxınlığında tanışı ilə əlbəyaxa dava edib. Dava zamanı o, kürəyindən bıçaqlanıb. Yaralı 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Faktla bağlı Xəzər Rayon Polis İdarəsinə məlumat verilib.report

Xəbər xətti