Gəncədə qayın yeznəni bıçaqlayıb
09:13 - 3 İyun 2018 - HADİSƏ
Gəncədə bıçaqlanma hadisəsi baş verib. Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, şəhər sakini 1983-cü il təvəllüdlü Seymur Quluzadə bədənin müxtəlif hissələrinin kəsilmiş-deşilmiş yaraları ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilsə də vəziyyəti ağır olduğu üçün paytaxtda olan tibb ocaqlarının birinə göndərilib. İlkin məlumata görə, S. Quluzadə münaqişə zəminində qaynı tərəfindən bıçaqlanıb.
Faktla bağlı araşdırma aparılır.