Goranboyda yaşlı qadın intihara cəhd edib
11:50 - 26 May 2018 - HADİSƏ
Goranboyda yaşlı qadın intihara cəhd edib.
Rayon sakini, 1935-ci il təvəllüdlü İsmayılova Raziyə Abdulla qızı sirkə turşusundan zəhərlənmə əlaməti ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib, vəziyyətinin orta ağır olduğu bildirilir. 83 yaşlı qadının xəstəlikdən əziyyət çəkdiyi üçün intihara cəhd etdiyi ehtimal olunur.
Faktla bağlı araşdırma aparılır.