Şəkidə 53 yaşlı qadını ilan sancıb

22:23 - 23 May 2018 - HADİSƏ

Şəkidə 53 yaşlı qadını ilan sancıb.   Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, bu gün axşam saat 21:30 radələrində rayonun Qoxmuq kənd sakini, 1965-ci il təvəllüdlü Şəhla Qurbanəli qızı Salamova ilan sancma xəsarəti ilə Şəki Mərkəzi rayon Xəstəxanasına (MRX) daxil olub.   MRX-dan APA-ya bildirilib ki, Şəhla Salamovanı yaşadığı kəndin ərazisində ilan sağ ayağın topuq nahiyəsindən sancıb. Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən Şəhla Salamovanın hazırda müayinə və müalicəsi aparılır, vəziyyəti orta-ağır qiymətləndirilir.

Xəbər xətti