Bu gün səhər saatlarında Bakının Nərimanov rayonunda sərnişin avtobusu piyadanı vurub.
Ucnoqta.az Lent.az-a istinadən xəbər verir ki, Təbriz küçəsində - Dillər Universitetinin korpusunun qarşısında "BakuBus" MMC-yə məxsus olan və 5 saylı marşrut xətti üzrə hərəkət edən “İveco” markalı sərnişin avtobusu yolu keçməyə çalışan 1985-ci il təvəllüdlü Fəxrəddin Əhədovu vurub.
Ağır kəllə-beyin travması alan 33 yaşlı kişi Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyəti ağırdır.
Faktla bağlı Nərimanov rayon Polis İdarəsində araşdırma aparılır.