Sumqayıtda III qrup əlil 2-ci mərtəbədən yerə yıxılıb

09:12 - 18 May 2018 - HADİSƏ

Sumqayıt şəhərində III qrup əlil 2-ci mərtəbədən yıxılaraq ağır xəsarət alıb. Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, 1954-cü il təvəllüdlü yerli sakin Əzimova Lumu Xəlil qızı 5-ci mikrorayonu ərazisində yaşadığı binanın 2-ci mərtəbəsindən yıxılıb. O, dərhal xəstəxanaya çatdırılıb. Vəziyyətinin qənaətbəxş olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti