Sumqayıtda ər arvadını amansızlıqla qətlə yetirib.
Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, hadisə şəhərin 9-cu mikrorayon ərazisində baş verib. Belə ki, Sumqayıt şəhər sakini, 1982-ci il təvəllüdlü Rafət Feyziyeva əri tərəfindən bıçaqlanaraq qətlə yetirilib.
Hadisədən sonra qətli törədən şəxs könüllü olaraq polisə təslim olub. Qətlin səbəbləri hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır