Bakıda 28 yaşlı gənc intihar edib

09:01 - 16 May 2018 - HADİSƏ

Dənizkənarı Bulvarda intihara cəhd edən oğlan daha sonra özünü dənizə ataraq öldürüb. Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, hadisə Dənizkənarı Parkın Səbail rayonu ərazisinə düşən hissəsində baş verib. 1990-cı il təvəllüdlü Sadıqov Şəhriyar Ceyhun oğlu bulvar ərazisində bıçaqla özünə xəsarət yetirərək intihara cəhd göstərib. Daha sonra o, özünü dənizə atıb. Dənizdə boğulmaqda olan şəxs ətrafdakıların köməyilə xilas edilib. Ş.Sadıqov 1 saylı Kliniki Tibbi Mərkəzə aparılarkən yolda dünyasını dəyişib. Faktla bağlı Səbail Rayon Polis İdarəsində cinayət işi başlanılıb.

Xəbər xətti