Mingəçevirdə qadın özünü binanın 4-cü mərtəbəsindən atıb
23:58 - 15 May 2018 - HADİSƏ
Mingəçevirdə intihara cəhd hadisəsi baş verib.
Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, hadisə axşam saatlarında, şəhərin Ş.İ.Xətai küçəsi 7 ünvanında baş verib.
Belə ki, şəxsiyyəti hələ dəqiqləşdirilməyən şəhər sakini özünü yaşadığı binanın dördüncü mərtəbəsindən ataraq intihara cəhd edib. Nəticədə o, ağır xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib.
İlkin məlumata görə, bir övladı olan qadın anası ilə mübahisə edib və bundan sonra intihar etmək qərarına gəlib.
Faktla bağlı araşdırma aparılır.