Qazax sakini dərmandan zəhərlənib

18:32 - 13 May 2018 - HADİSƏ

Qazax rayonunda yerli sakin dərmandan zəhərlənib. Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, rayonun 1972-ci il təvəllüdlü Yuxarı Salahlı kənd sakini Zamanova Hamaya Nəriman qızı yaşadığı evdə dərmandan zəhərlənib. Xəstəxanaya yerləşdirilən qadına həkimlər tərəfindən tibbi yardım göstərilib və palataya yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti