Cəlilabadda iki minik maşını toqquşub
13:17 - 13 May 2018 - HADİSƏ
Cəlilabad rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, iki minik avtomobilinin toqquşması nəticəsində 2012-ci təvəllüdlü şəhər sakini Əhmədov Mədət Məzahir oğlu yaralanıb.
Yaralı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.