Daşkəsəndə ev yanıb: ana və 6 aylıq oğlunun yanmış meyiti tapılıb
00:03 - 10 May 2018 - HADİSƏ
Daşkəsən rayonunda iki nəfərin ölümü ilə nəticələnən yanğın hadisəsi baş verib.
Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, Qabaqtəpə kəndində yaşayan 1975-ci il təvəllüdlü yerli sakin Lətifə Abullayeva və 6 aylıq oğlu Həsənli Əli İlqar oğlu evdə yanmış vəziyyətdə aşkar edilib.
İlkin məlumata görə, evi qadın özü yandırıb və hadisə intihar məqsədi ilə törədilib.
Faktla bağlı Daşkəsən rayon Prokurorluğunda araşdırma aparılır.