Cəlilabadda 53 yaşlı qadın bıçaqlanıb
23:10 - 8 May 2018 - HADİSƏ
Cəlilabadda qadın bıçaqlanıb. Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, 53 yaşlı Səmayə Əliyeva bıçaq xəsarəti ilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Aparılan müayinələr zamanı S.Əliyevanın ürək nahiyəsindən bıçaqlandığı məlum olub.
Yaralı dərhal cərrahiyə şöbəsində əməliyyata götürülüb.
Hadisənin hansı səbəbdən baş verməsi isə hələlik məlum deyil.