Biləsuvarda bir uşaq atası özünü asıb
21:40 - 6 May 2018 - HADİSƏ
Biləsuvar rayonunda intihar hadisəsi baş verib.
Rayonun Günəşli kəndində 30 yaşlı yerli sakin Əliyev Vüqar Şöhrət oğlu özünü asıb.
Ailəlidir, bir övladı var. Hansısa bir probleminin olmadığı, həmçinin şeir yazmaqla məşğul olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Report