Bakıda soyğunçuluqda şübhəli bilinən şəxs saxlanılıb

11:51 - 5 May 2018 - HADİSƏ

Bakıda soyğunçuluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb. Ucnoqta.az xəbər verir ki, DİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakinləri X.Əliyevanın qızıl boyunbağısını və  Ü.Xəlilovaya zor tətbiq edərək içərisində 110 manat, 100 ABŞ dolları, bankomat kartları və sənəd olan pulqabısını soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən şəxs saxlanılıb. Araşdırmalarla onun Masallı rayon sakini, əvvəllər məhkum olunmuş Camaləddin Qəmbərov olduğu müəyyən edilib. Faktla bağlı araşdırma aparılır. 

Xəbər xətti