Mayın 1-də Daxili İşlər Nazirliyinin “102 Zəng Mərkəzi” Xidmətinə müraciət edən Abşeron rayon sakini olan qadın mənzilindən qızıl əşyalarının oğurlandığını bildirib.
Ucnoqta.az xəbər verir ki, Nazirliyin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, dərhal Abşeron Rayon Polis İdarəsinin əməkdaşları Xırdalan şəhərindəki həmin ünvana gəlib, müvafiq tədbirlər həyata keçiriblər. Araşdırmalar zamanı məlum olub ki, aprel ayının 15-də həmin mənzildən 20000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.
Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğun həmin evdə xadimə işləyən Xırdalan şəhər sakini Zivər Rəhimova tərəfindən oğurlandığına əsaslı şübhələr yarandığından o, saxlanılılıb.
Faktla bağlı araşdırma aparılır.