Göyçayda 16 yaşlı qızı maşın vurub
21:13 - 2 May 2018 - HADİSƏ
Göyçay rayonunda piyadanı maşın vurub.
Hadisə rayon mərkəzində baş verib.
Göyçay rayon sakini, 2002-ci il təvəllüdlü Mustafayeva Ramilə Aydın qızı yolu keçərkən naməlum avtomobil tərəfindən vurulub.
Yaralı Göyçay rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.