Prezident Ağcabədidə yol tikintisinə 8 milyon ayırıb
18:20 - 2 May 2018 - Xəbər
Prezident İlham Əliyev Ağcabədi rayonunun Hacıbədəlli-Pərioğlular-Təzəkənd avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, səkkiz min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Hacıbədəlli-Pərioğlular-Təzəkənd avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 8 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.