Ucnoqta.az
www.ucnoqta.az

<font color=red><b>Prezident Ağcabədidə yol tikintisinə 8 milyon ayırıb</b></font>

18:20 - 2 May 2018 tarixində dərc olunub.
Prezident İlham Əliyev Ağcabədi rayonunun Hacıbədəlli-Pərioğlular-Təzəkənd avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.  Sərəncama əsasən, səkkiz min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Hacıbədəlli-Pərioğlular-Təzəkənd avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 8 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.
Müəllif: