Uelsin qadın futbol komandasının olduğu avtobus Avropa çempionatında oyun ərəfəsində məşqdən əvvəl qəzaya uğrayıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Britaniyanın “The Guardian” qəzeti məlumat yayıb.
Qəza komandanın Sankt-Qallendə planlaşdırılan məşqə gedərkən baş verib. Avtobusda olanların xəsarət almadığı, lakin məşqin ləğv edilməli olduğu qeyd edilir.
Digər nəqliyyat vasitəsinin sürücüsü isə yüngül bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, Uels yığması iyulun 9-da Fransa ilə oyun keçirəcək.