Qəzzada son sutkada 95 nəfər həlak olub

07:27 - 9 İyul 2025 - DÜNYA

İsrailin Qəzza zolağına endirdiyi hava zərbələri nəticəsində azı 95 fələstinli həlak olub.

Ucnoqta.az xəbər verir ki, bu barədə Qətərin Əl-Cəzirə telekanalı məlumat yayıb. Kanalın məlumatına görə, İsrail Qəzza zolağı boyunca, o cümlədən məcburi köçkün fələstinlilərin sığındığı çadırlara zərbələr endirməkdə davam edib, nəticədə azı 95 nəfər ölüb.

Qəzza Səhiyyə Nazirliyinin məlumatına görə, döyüşlərdə 57500-dən çox insan həlak olub, 136900-ə yaxın insan isə yaralanıb.

Xəbər xətti