Oğurluqda şübhəli bilinən Bakı şəhər sakinləri olan 3 yeniyetmə saxlanılıb.
Ucnoqta.az xəbər verir ki, DİN-dən verilən məlumata görə, onlar Binəqədi RPİ 7-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan yeniyetmələr aprelin 27-də rayon ərazisindəki evlərin birindən kəmər və 700 manat dəyərində qızıl saat oğurlamaqda, habelə dəyəri 10.000 manat olan seyfi yararsız hala salmaqda şübhəli bilinir.