Bakıda Avstriya vətəndaşının portmanatı oğurlanıb

12:23 - 30 Aprel 2018 - HADİSƏ

Bakı şəhəri, Xəzər rayonunun Zirə qəsəbəsində Avstriya vətəndaşı Herbert Paulişinin portmanatı oğurlanıb.

Portmanatın içində zərərçəkənin 1000 manat və 200 avro pulu, şəxsi sənədləri və bank kartları olub.

Zərərçəkən polisə məlumat verib. Hadisə ilə bağlı polis araşdırma aparır.

Qeyd edək ki, Herbert Paulişin Avstriyada ilk uşaq mühafizə mərkəzini təsis edib. O, Avstriya və Rumuniyada Sosial işlər üzrə təlim və qiymətləndirmə mərkəzlərinin layihə rəhbəri olub. H.Paulişin 2015-ci ildən başlayaraq Azərbaycanda da müxtəlif beynəlxalq ekoloji və sosial layihələrdə iştirak edir.report

Xəbər xətti