İstintaq təcridxanasına spirtli maddə keçirilməsinin qarşısı alınıb
12:24 - 28 Aprel 2018 - HADİSƏ
Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasına spirtli maddə keçirilməsi cəhdinin qarşısı alınıb.
Ucnoqta.az xəbər verir ki, Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Cinayət Məcəlləsinin 144.3-cü maddəsi ilə təqsirli bilinərək həbs edilmiş şəxs Həsənov Rahib Nüdrət oğlunun yanına qısamüddətli görüşə gəlmiş qardaşı Ağcabədi rayon sakini Həsənov Samiq Nüdrət oğlunun üzərinə və əşyalarına baxış keçirilərkən çantasında olan “Coca-Cola” qabında spirtli maddə aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.