Hadisəyə səbəb vətəndaşın tam düşməmiş sürücünün avtobusu idarə etməsi olub
Sumqayıt şəhərində 57 yaşlı müəllim marşurutdan yıxılaraq xəsarət alıb. Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, hadisə şəhərin 9-cu mikrorayon ərazisində baş verib.
Belə ki, 1961-ci il təvəllüdlü Cəmilə Əli qızı Cəfərova Sumqayıt şəhərində fəaliyyət göstərən 30 nömrəli marşurutdan düşərkən yıxılıb. Hadisəyə səbəb vətəndaşın tam düşməmiş sürücünün avtobusu idarə etməsi olub.
57 yaşlı müəllim aldığı ağır xəsarətlərlə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.